BÜDCƏ

Vergi ödəyiciləri üçün yenilik - «İkitərəfli SMS»
09 SENTYABR
240

Vergi ödəyiciləri üçün yenilik - «İkitərəfli SMS»

2016-09-09 12:54:00

Vergilər Nazirliyi vergi ödəyiciləri üçün pulsuz «İkitərəfli SMS» xidmətinə başlayıb. Nazirlikdən fins.az-a verilən məlumata görə, nazirlik “İkitərəfli SMS xidməti”nin tətbiqinə 2012-ci ilən etibarən başlanılıb.

İndiyə kimi, “İkitərəfli SMS xidməti” vasitəsi ilə yalnız xidmətə “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi. Sonradan bu xidmətin əhatə dairəsi genişləndirilib və hazırda “İkitərəfli SMS xidməti” vasitəsi ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir. Artıq digər mobil operatorların (“Bakcell”, “Nar”) abonentlərinə bu xidmətdən istifadə etmək imkanı yaradılıb.

“İkitərəfli SMS xidməti”nə olan marağı, eləcə də, bu xidmətin əhəmiyyətini nəzərə alaraq, ondan daha səmərəli istifadə edilməsi məqsədilə xidmətin tanıtdırılması yolları müzakirə edilir. Müzakirələr nəticəsində “Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair icraçı şirkətlə razılıq əldə edilib.

Beləliklə, yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”ndən ödənişsiz şəkildə faydalana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275