BÜDCƏ

Azərbaycan necə inkişaf etməlidir? – "YOL XƏRİTƏSİ", VARİANTLAR
07 SENTYABR
304

Azərbaycan necə inkişaf etməlidir? – "YOL XƏRİTƏSİ", VARİANTLAR

2016-09-07 13:11:00

Azərbaycan iqtisadiyyatı üçün hazırlanan "Yol xəritəsi" 2025-ci ilə qədər əsas istiqamətləri əhatə edir. Məlumatlara görə, McKinsey şirkətinin "Yol xəritəsi" üçün baxdığı əsas modellər Sinqapur, Polşa və Pribaltika variantlarıdır.

İnstitusional quruculuq sahəsində yerli ekspertlərdən biri qeyd edir ki, McKinsey bu modelləri seçməklə Azərbaycanın post neft dövrü iqtisadiyyatını tranzit iqtisadiyyatı üzərində qurmaq ideyasına əsaslanıb.

"Bu seçim mübahisəlidir, çünki Sinqapur, Polşa və Baltika dövlətlərindən fərqli olaraq Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. "Böyük ipək yolu" quru dəhlizinə ümid etmək isə hələki lazım deyil. Çünki onun real olaraq formalaşdırılması 2019-cu ildən tez başlamayacaq", - deyə ekspert bildirib.
Onun fikrincə, variantlardan heç biri iki əsas baza suallarına cavab vermir – kapital mənbəyi və Azərbaycan üçün bazarlar.

"Polşa, məlum olduğu kimi, Almaniya Federativ Respublikası hesabına inkişaf edir, çünki bu ölkə onunla öz kapitalı və bazarları ilə bölüşüb. Sinqapur əsasən Çin kapitalı hesabına böyüdü və bu istiqamətdə də inkişaf edir. Baltika ölkələri, xüsusən də Skandinaviya ölkələri öz xidmətlərinin böyük hissəsini hələ də Rusiyaya göstərir.

McKinsey-in Azərbaycan üçün tranzit sxemi o deməkdir ki, Rusiya, İran, Çin və ya Türkiyə öz bazarlarının bir hissəsini Azərbaycana verməli və onu maliyyələşdirməlidirlər. Bazarların bölünməsi və yaxud kapital təklifi istiqamətində hələki belə bir təşəbbüslər görünmür. İran, məsələn, özü Azərbaycana investor kimi baxır"- deyə ekspert vurğulayıb.

Bu fikirlərlə Rusiyalı ekspertlər razılaşmırlar. Məsələn, Aleksey Devyatov Aşqabadda üç ölkə - Türkmənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat dəhlizi ilə bağlı anlaşmanı xatırladaraq, Çin və London arasında olacaq bu tranzit dəhlizinin İqtisadi Zona rolunu oynayacağını vurğulayır.

Mənbə: "Fineko"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272