BÜDCƏ

ƏDV-nin qaytarılması üçün elektron vergi forması - TƏSDİQLƏNDİ
07 SENTYABR
237

ƏDV-nin qaytarılması üçün elektron vergi forması - TƏSDİQLƏNDİ

2016-09-07 09:39:00

Nazirlər Kabineti (NK) tərəfindən “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab fakturasının vahid forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

NK-dan verilən məlumata görə, qərarda bildirilir ki, ƏDV aşağıdakılara əməl edildiyi halda qaytarılır:

- bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir:

- E-VHF tərtib edildiyi gündən 90 gün ərzində ölkə ərazisini tərk edərkən həmin e-VHF-da gömrük orqanı tərəfındən müvafıq qeyd aparılarsa;

- ƏDV-nin geri qaytarılmasını ölkə ərazisini tərk edərkən müvəkkil bankdan tələb edə və ya bu e-VHF-da göstərilən hesaba köçürülməsi məqsədi ilə bunun üçün yaradılmış qutuya atıla bilər.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272