BÜDCƏ

Vergilər nazirinin müşavirlərinin sayı azaldı
06 SENTYABR
417

Vergilər nazirinin müşavirlərinin sayı azaldı

2016-09-06 10:29:00

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib.

 Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə  açıqlamada "Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil" deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272