BÜDCƏ

Dolların yenidən bahalaşması gözlənilir
06 SENTYABR
1910

Dolların yenidən bahalaşması gözlənilir

2016-09-06 09:37:00

Bazar ertəsi dünya maliyyə bazarlarında güclü hərəkətlilik müşahidə olunmasa da, bu gün önəmli iqtisadi məlumatların açıqlanması gözlənilir. Bunlar İsveçrə, Avrozona və Amerika iqtisadiyyatları ilə bağlı önəmli statistik göstəricilərdir.

Avro/dollar cütlüyünün qiyməti bu gün Asiya sessiyasında 1.1150$ ətrafında ticarət olunmaqla, hələ də keçən həftənin önəmli dəstək səviyyəsi sayılan 1.1122$-ın üzərində möhkəmlənməkdə davam edir. Beləliklə, qiymətin yenidən 1.1250 və 1.1270$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Əgər qiymət 1.1122$-ı aşağı istiqamətdə qırarsa, onda 1.1000$ və 1.0940$-a kimi də ucuzlaşa bilər.

Bu gün isə dünya valyuta birjalarında dollar, avro və frankın qiymətlərində güclü hərəkətliliyə səbəb ola biləcək önəmli fundamental məlumatlar açıqlanacaq. Bunlar Bakı vaxtı ilə saat 09:45-də, 13:00-da və 18:00-da müvafiq olaraq açıqlanacaq İsveşrənin və Avrozonanın 2-ci rüb üzrə iqtisadi inkişafının yekun göstəriciləri və Amerikanın xidmət sektorunda biznes aktivliyi indeksidir.

Avrozonanın ÜDM-i üzrə sonuncu açıqlamalarda iqtisadiyyatın inkişaf sürətinin 2-ci rübdə 0.6%-dən 0.3%-ə kimi azaldığını göstərilmişdir - təsdiq olunarsa, avro ucuzlaşmağa başlaya bilər. İsveçrənin ÜDM-i üzrə isə mütəxəssislər 1-ci rüb (0.1%) ilə müqayisədə 2-ci rübdə inkişaf sürətinin artdığını (0.4%) proqnozlaşdırırlar. Lakin 1%-in altında artım güclü sayılmadığı üçün USD/CHF valyuta cütlüyünün məzənnəsi 0.9950 franka kimi bahalaşmaqda davam edə bilər. Eyni zamanda, Bakı vaxtı ilə saat 11:15-də də İsveçrənin avqust ayında inflyasiya səviyyəsi ilə bağlı göstəricilər də yayımlanacaqdır. İllik deflyasiyanın 0.2%-dən 0.1%-ə kimi azalması gözlənilir ki, bu da əlavə olaraq İsveçrə frankının ucuzlaşmasına səbəb ola bilər.

Amerika iqtisadiyyatının 70%-i təşkil edən xidmət sektoru üzrə biznes aktivliyi indeksinin isə avqust ayında 55.5 punktdan 55.0 punkta kimi azalması proqnozlaşdırılır.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270