BÜDCƏ

Azərbaycan əhalisinin maliyyə savadı – ARAŞDIRILIB
29 AVQUST
435

Azərbaycan əhalisinin maliyyə savadı – ARAŞDIRILIB

2016-08-29 11:18:00

Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.

Hesabata əsasən, Azərbaycanda əhalinin 36,4%-i bank maliyyələşməsindən istifadə edir. Müqayisə üçün Gürcüstanda bu göstəricinin 39,7% təşkil etdiyi bildirilir. Azərbaycanda yetkinlik yaşına çatmış əhalinin hər 100 min nəfərinə 10,7 bank filialı düşürsə, Gürcüstanda bu rəqəm 27-yə bərabərdir. Buna baxmayaraq, Azərbaycanda şirkətlərin 27%-i investisiyaların maliyyələşdirilməsi üçün bank xidmətlərindən istifadə edirsə, Gürcüstanda bu göstərici 22%-dir. Azərbaycanın maliyyə sektorunda daxili kreditləşmənin həcmi 33% olduğu halda, Gürcüstanda 45%-ə bərabərdir.

Azərbaycanda bank xidmətlərindən xəbərdar olan əhali 98%-dir, bunların isə 84%-i indiyədək bank məhsullarından, bunun 15%-i isə bank kreditlərindən istifadə edib. Şəhər əhalisinin bank kreditlərindən istifadə sayı kənd yerlərindən 4% çoxdur. Buna baxmayaraq, əhalinin 65%-nin elektron pulların mövcudluğundan xəbəri var. Hər beş nəfərdən biri elektron pullardan istifadə etsə də, cari istifadə əmsalı 0,3% təşkil edir. Yetkinlik yaşına çatmış əhalinin 45%-i formal və ya qeyri-formal yollarla yığımlara sahibdirlər. Şəhər əhalisi kənd əhalisindən 25%, qadınlar kişilərdən 18% daha çox yığıma sahibdir.

Hesabatda, həmçinin Azərbaycan Mərkəzi Bankının əhali arasında maliyyə savadlılığının artırılması strategiyasının hazırlandığını və ilin sonuna qədər bu proqramın həyata keçiriləcəyini bildirilib.  

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272