BÜDCƏ

Könüllü vergi açıqlaması sistemi işə düşür – YENİLİK
25 AVQUST
433

Könüllü vergi açıqlaması sistemi işə düşür – YENİLİK

2016-08-25 11:22:00

Vergi ödəyicilərinə öz səhvlərini könüllü açıqlamaq şansı yaradılacaq. Vergilər Nazirliyindən fins.az-a  verilən məlumata görə, bu, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure") sisteminin tətbiqi ilə bağlıdır.

"Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müyyən edilmiş müddət  bitdikdən sonra, yoxlama zamanı aşkar olunmayan səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək".

Xatırladaq ki, bu tədbirlər Prezidenti cənab İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirilir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271