BÜDCƏ

Vergidən yayınanlar barədə məlumat verənlər nə qədər mükafat alacaq?
25 AVQUST
1047

Vergidən yayınanlar barədə məlumat verənlər nə qədər mükafat alacaq?

2016-08-25 11:06:00

Vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməsi məqsədilə bu barədə məlumat verən şəxslərin mükafat məbləği açıqlandı. Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, belə faktlar barədə vergi orqanına məlumat verən şəxslər veriləcək mükafatın məbləği verilən məlumatlar əsasında büdcəyə ödətdirilən vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək.

“Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşdirilməsindən də geniş istifadə olunur.

Mütəxəssislərin qənaətinə görə, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272