BÜDCƏ

Kameral vergi yoxlaması tezləşdiriləcək - DƏYİŞİKLİK
25 AVQUST
460

Kameral vergi yoxlaması tezləşdiriləcək - DƏYİŞİKLİK

2016-08-25 10:58:00

Kameral vergi yoxlamaları 30 gün ərzində başa çatdırılacaq. Vergilər Nazirliyindən fins.az-a verilən  xəbərə görə, bu sahədə dəyişikliklər gözlənilir. 

"Prezidentin məlum sərəncamında əksini tapan məsələlərdən bir də kameral vergi yoxlamaları ilə bağlıdır. Bu yoxlamalar vergi ödəyicilərinin verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində aparılır. Lakin bir sıra hallarda vergi ödəyiciləri müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə sənədləşmn aparılmadıqda, yoxlamaların müddətinin uzanmasına səbəb olurdu".

Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin konkret olaraq verilən bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb. Yəni, sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir.

Bu məqsədlə Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər edilməsi nəzərdə tutulur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275