BÜDCƏ

Azərbaycanda ÜDM azalıb – SƏBƏBLƏR
24 AVQUST
314

Azərbaycanda ÜDM azalıb – SƏBƏBLƏR

2016-08-24 12:08:00

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,0 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.  2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27 milyard 2,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın 30,7 faiz azalması olmuşdur.

Eyni zamanda informasiya və rabitə sahələrində əlavə dəyər 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,0 faiz, emal sənayesində 2,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, mədənçıxarma sənayesində 2,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində isə 2,0 faiz artmışdır.

Cari ilin yanvar-iyul ayları ərzində istehsal olunmuş ümumi daxili məhsulun 35,2 faizi neft-qaz sektorunun, 64,8 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrinin payına düşmüşdür. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3340,6 manata bərabər olmuşdur.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275