BÜDCƏ

Vergi bəyannaməsini verməyənlərin sayı açıqlandı
16 AVQUST
141

Vergi bəyannaməsini verməyənlərin sayı açıqlandı

2016-08-16 15:16:00

Bu ilin iyul ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 19 237 sual cavablandırılıb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, müraciətlərin 24,11%-i elektron xidmətlər, 17,43%-i qeydiyyat, 16,18%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,98% vergi növləri, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 6585 zəng daxil olub, 2571 zəng zamanı vergi borcu, 2017 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin təşəbbüsü ilə 64282 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 2101 SMS göndərilib.

Bu ilin iyul ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 45893 nəfər, göstərilmiş xidmətlərin sayı 78439 olub. Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə iyul ayında 309772 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən ümumilikdə 227052, o cümlədən iyul ayında 7029 sayda ASAN İmza sertifikatı verilib.

Bu ilin iyul ayı ərzində ümumilikdə təqdim edilməli olan 207335 vergi bəyannaməsindən 89,0%-i vaxtında, onların da 94,2%-i elektron qaydada təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271