BÜDCƏ

Dövlət büdcəsinin kəsiri artdı - NAZİRLİK
13 AVQUST
1684

Dövlət büdcəsinin kəsiri artdı - NAZİRLİK

2016-08-13 21:53:00

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ümumi daxili məhsulun 3,7 %-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 133,7 mln. manat, xərcləri 6 821,5 mln. manat olub. Büdcənin icrasında 687,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb.

 

Mənbə: REPORT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272