BÜDCƏ

Vergi borcunu öyrənməyin – 3 ÜSULU
12 AVQUST
485

Vergi borcunu öyrənməyin – 3 ÜSULU

2016-08-12 10:07:00

Azərbaycanda vergi borucunu bir neçə üsulla öyrənmək mümkündür. Fins.az vergi borcunu öyrənməyin ən rahat  üsullarını təqdim edir.

 1-ci, daha asan metod: Çağrı Mərkəzinə zəng etməklə

195 Çağrı Mərkəzinə zəng edib ❝1❞ düyməsi ilə Vergilər Nazirliyinə qoşulduqdan sonra ❝3❞ düyməsini seçirsiniz, daha sonra öz VÖEN-nizi daxil edib ❝#❞ düyməsini sıxmaqla həmin tarixə vergi borcu barədə məlumatı əldə edirsiniz. 

2-ci metod: İnternet Vergi İdarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə “İnternet Vergi İdarəsi”nin “E-bəyannamə, ƏDV-DH və ŞHV” (https://login.e-taxes.gov.az/login/) bölməsinə daxil olub, sonra “Məlumat axtar” altbölməsindəki “Şəxsi hesab vərəqəsi”nə daxil olmaqla öz öhdəlik və borcu ilə bağlı məlumatları əldə edə bilər. 

3-cü metod: SMS göndərməklə

Vergilər Nazirliyinin təqdim etdiyi “İkitərəfli SMS xidməti”nə (www.taxes.gov.az/195sms) qoşulmaqla (abunə olmaqla) 21, xidmətdən sorğu vasitəsilə (SMS göndərməklə) isə 5 istiqamət üzrə vergi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270