BÜDCƏ

Dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət məlum oldu
10 AVQUST
2600

Dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət məlum oldu

2016-08-10 16:35:00

2016-cı ilin yanvar-iyul aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 788 mln. 852 min manat vergi ödəyib. 

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyul aylarında SOCAR dövlət büdcəsinə 874 mln. 255 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin yanvar-iyul aylarında vergi ödənişlərinin həcmi 9,8% azalıb.

Cari ilin iyul ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 127 mln. 110 min manat təşkil edib.

Yanvar-iyul ayları ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 81 mln. 606 min manat (artım 0,8% - İF-Az), iyulda 12 mln. 74 min manat təşkil edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.

SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272