BÜDCƏ

ƏDV-nin azalması qiymətləri ucuzlaşdıracaq – NAZİR MÜAVİNİ
10 AVQUST
360

ƏDV-nin azalması qiymətləri ucuzlaşdıracaq – NAZİR MÜAVİNİ

2016-08-10 15:24:00

ƏDV-nin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı salınmasına xidmət edəcək. Fins.az xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev bu gün keçirdiyi mətbuat konfransında ƏDV-nin diferensiallaşdırılmasının sahibkarların maliyyə vəziyyətini yaxşılaşdıracağı ilə bağlı səslənən fikirlərə münasibət bildirərəkən deyib.

Bildirib ki, ƏDV-nin diferensiallaşmasının sahibkarlıq fəaliyyətinə ciddi təsiri olmayacaq: "ƏDV son istehlakçıdan alınan istehlak vergisidir. ƏDV-nin sahibkarlıq fəaliyyətinə bir o qədər də təsiri yoxdur. ƏDV-nin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Qiymətlərin aşağı salınması da son nəticədə sahibkarın dövriyyəsinin artması ilə nəticələnəcək və bu da onun mənfəətinin artmasına müsbət təsir göstərəcək".

Nazir müavini qeyd edib ki, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmaldır. "Əgər uçotu aparılmırsa və ya qarışıq aparırsa bu zaman ümumi dövriyyəyə ƏDV tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir. ƏDV ödənilmədən alınan malların pərakəndə qaydada satışı qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bütün hallarda qiymətlərə yenidən baxılmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272