BÜDCƏ

Rəqəmsal ticarətdə vergiqoyma dəyişəcək
10 AVQUST
173

Rəqəmsal ticarətdə vergiqoyma dəyişəcək

2016-08-10 11:56:00

Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfer qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. 

Fins.az  xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev deyib: "BMT və iqtisadi əməkdaşlıq təşkilatlarının transfer qiymətləri ilə bağlı müəyyən qaydaları var və biz bu təcrübədən yararlanacağıq".

Nazir müavini deyib ki, "Tax free"nin bütün sərhəd keçid məntəqələrində tətbiqi planlaşdırılır: "İyundan "Tax free" tətbiq edilib. Bu günə olan məlumata görə, artıq 45 minə yaxın şəxsə 104 min manata qədər ƏDV qaytarılıb. Bu isə dövriyyənin 2 mln. manat olduğunu göstərir".

İ.Vəliyev deyib ki, vergi sisteminin differensiallaşdırılması ƏDV-nin azalmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272