BÜDCƏ

Ofşor zonalar – AÇIQLANDI
10 AVQUST
388

Ofşor zonalar – AÇIQLANDI

2016-08-10 11:38:00

Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarında) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

“Bu mexanizmlər ilə ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin məbləğin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilmsindən ibarətdir”.

Ofşor hesab edilən dövlələrdə və ya ərazilərdə təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün qanunvericiliyə dəyişiklik ediləcək.

“Bu vergitutma bazasını genişləndirəcək”,- nazir müavini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275