BÜDCƏ

Azərbaycanda Patent Vergisi tətbiq olunacaq – ŞƏRH
05 AVQUST
400

Azərbaycanda Patent Vergisi tətbiq olunacaq – ŞƏRH

2016-08-05 14:15:00

Vergi sistemində aparılan islahatların nəticələrindən biri də ölkədə patent vergisinin tətbiqi olacaq. Fins.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul vergi sistemində islahatlarla bağlı prezident İlham Əliyevin sərəncamını şərh edərək bildirib. Ekspert bildirib ki, sənəcamdakı bəzi dəyişikliklərlə bağlı təşəbbüsləri onun rəhbərlik etdiyi qurum da vaxti ilə qaldırıb: 

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Mərkəzimizin ekspertlərinin apardıqları tədqiqat nəticəsində 3 il əvvəl təklif etdikləri PATENT VERGİ SİSTEMİnin tətbiqi də nəzərdə tutulur. Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə yazılır: 

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri aşağıdakılardır:

...12. beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi”

Hazırda Vergi Məcəlləsinə əsasən nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələri aşağıdakılardır:

- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

- qiymətli kağızların satışı;

- lotereya biletlərinin satışı, idman mərc oyunları üzrə operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət;

- sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);

- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

- şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;

- rabitə xidməti (İnternet klubların fəaliyyəti istisna olmaqla);

- reklam xidməti;

- mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;

- yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;

- mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;

- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;

- kanalizasiya və sanitar təmizləmə xidməti;

- turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;

- bədən tərbiyəsi və idman xidməti;

- səhiyyə xidməti;

- vəkillik, notariat və digər hüquq xidmətləri;

- təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;

- avtomobil dayanacaqlarının fəaliyyəti;

- paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;

- mənzillərin təmiri və tikintisi;

- stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;

- lombard xidməti;

- cildləmə xidməti;

- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

- bank fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri;

- mebellərin təmiri və hazırlanması (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- foto, audio-video xidməti(işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- nəqliyyat vasitələrinə texniki və digər xidmətlər (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- bərbər xidməti (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması (işçilərin sayı 2 nəfərdən çox olmadıqda);

- nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti (işçilərin sayı 2 nəfərdən çox olmadıqda).

Gözləniləndir ki, bu siyahıda dəyişilik olunsun. Çünki sərəncamda da yazılır ki, kassa aparatları tətbiq etməyən fəaliyyət sahələri dəqqiləşdirilməlidir. Hazırda çoxlu fəaliyyət sahələri var ki, onları sabit vergi ödəyən patent vergi ödəyicilərinin siyahısına salmaq mümkündür. Təbii ki, digər kriteriyalar və məhdudiyyətlərin də tətbiqi gözləniləndir. Məsələn, işçilərin sayı və ticarət, xidmət və ya istehsal subyektinin tutduğu sahə ilə bağlı belə dəqiqləşdirmələrin aparılması mümkündür. Tutaq ki, “ticarət zalının sahəsi 20 (və ya 50) kv.metr olan kiçik ticarət obyektləri bu hüquqdan istifadə edə bilər” kimi kriteriyalardan istifadə edilə bilər. 

Beynəlxalq təcrübəyə görə, PVS qanunvericiliklə ilə tətbiq olunsa da, onun seçimi konüllü, tətbiqi isə məcburi xarakter daşıyır. PVS-nin tətbiqinin təsdiq edən sənəd patent adlanır, bu sənəd hər bir fəaliyyət növü üzrə ayrıca istifadə olunur.

Məsələn, bu təcrübəni ən yaxşı tətbiq edən qonşu ölkədə - Rusiyada fərdi sahibkar patentin alınması il bağlı ərizə ilə müraciəti patentin tətbiqinə 10 gün qalmışa qədər ərazi üzrə vergi orqanına təqdim etməlidir. Bu zaman əldə edilmiş patent həmin vergi idarəsinin nəzarətində olan ərazidə tətbiq olunur. Vergi ödəyicisi ünvanını bir ərazidən digərinə dəyişərkən patentini də dəyişməlidir. Bəzi ölkələrdə isə sahibkarlar ərizə ilə deyil, sadəcə müvafiq ərazi üzrə vergi orqanlarına bildirişlər göndərirlər, çünki, ərizə formatı həm də ondan imtina üçün də şərait yaradır. Təbii ki, bu zaman fərdi sahibkarlar mütləq qanunla müəyyənləşdirən tələblərə cavab verməli və müvafiq sahəni təmsil etməldirlər. Məsələn, Moskva vilayətində PVS-ni tətbiq etmək istəyən fərdi sahibkarların işçilərinin orta siyahı sayı 15-dən, bir təqvim ili üçün gəlirlərinin həcmi isə 60 mln. rubldan çox olmamalıdır.

Dünya təcrübəsində patentlər sahibkarların seçimi əsasında bir təqvim ili ərzində 1 aydan 12 ayadək verilir. Patentlərdən istifadə hüququnu itirən fərdi sahibkarlar ondan yenidən istifadə hüququnu eyni təqvim ilində əldə edə bilməz. Pusiya qanunvericiliyinə görə, PVS-nin tətbiq edən fəaliyyət növləri üzrə fərdi sahibkarların işçilərinin orta siyahı sayı 15-dən çox olmamalıdır. Digər bi məqam ondan ibarıtdir ki, PVS-nin ödəyiciləri olan sahibkarlar vergi orqanlarına illik bəyannamələr (hesabat) təqdim etmirlər. 

PVS-nin tətbiqinin üstünlüklərindən ən vacibi bu vergini ödəyənlərin digər vergi öhdəliklərindən azad olmasıdır. PVS-nin qəbul edən sahibkarlar fiziki şəxslərin gəlir vergisini, fiziki şəxslərin əmlak vergisini, ƏDV-ni ödəməkdən azad olunurlar. 

Unutmayaq ki, şəffaflıq patentin hesablanmasının əsas formuludur. Patentin dəyəri havadan götürülmür, bu və ya digər biznesin potensial olaraq mümkün gəlirlərinə əsasən təyin olunur».

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274