BÜDCƏ

Vergi ödəməyənlərin qara siyahısı tutulacaq
05 AVQUST
119

Vergi ödəməyənlərin qara siyahısı tutulacaq

2016-08-05 09:30:00

Azərbaycan Prezidenti İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilib.

Sərəncamla, Vergilər Nazirliyinə üç ay müddətində, nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etmək, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirmək və ünvanlı xidmətlərin əhatə dairəsini genişləndirmək,  vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlamaq tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272