BÜDCƏ

Vergidə nə dəyişdi? - İZAHAT
04 AVQUST
3403

Vergidə nə dəyişdi? - İZAHAT

2016-08-04 23:07:00

Xəbər verildiyi kimi, prezident İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bu ilin sonunadək vergi sahəsində baş verəcək bir sıra mühüm yeniliklər əksini tapıb. İqtisadçı-ekspert Rəşad Əliyev baş verən yenilikləri şərh edib. Fins.az ekspertin bu şərhini təqdim edir: 

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əsas dəyişikliklər:

1. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergi ticarət əlavəsindən (qiymət əlavəsi) tutulacaq. Məsələn: supermarket, 70 qəpiyə alır 80 qəpiyə satır. ƏDV fərqdən, yəni 10 qəpikdən tutulacaq (10 qəpik/1.18*18%=1.5 qəpik). Supermarketlərin ən böyük dərdi həllini tapdı.

2. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi (P.S. ola bilsin vergiqoymalarında fərq olacaq, əks təqdirdə bu nəyə lazım);

3. Tax free sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;

4. beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi. Qey edim ki, ƏDV sahəsində bir çox məsələlər 1-də yazdığımda öz həllini tapıb. Ola bilər bu yeniliklər ərzağa da tətbiq edilsin;

5. kameral vergi yoxlamaları vergi bəyannamələrinin təqdim edildikdən sonra ancaq 30 gün müddətində aparıla bilər. Çox böyük irəlləyiş adlandırmaq olar.

6. vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi. Bu o deməkdir ki, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə öz əksini tapacaq. Əvvəl vergi orqanı daxil olan pulları banklar vasitəsilə izləyə bilirdilər. Bundan sonra onlar malın hərəkatına da nəzarət əldə edəcəklər. İstənilən halda bu müsbət haldır, şəffaf işləyən şirkət üçün sərfəlidir. Həm də bu elektron audit üçün vacibdir.

7. kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi. Ən ağrılı məsələdir. Qanunvericilikdə problemlər var, məsələn kənd təsərrüfatı mallarını hərdən sənaye mallarını ayırd etmək olmur. Birincilər üzrə güzəşt var (kt malları üzrə), ikincilər üzrə isə yox". 

Eləcə də bax: Vergidə aparılacaq dəyişikliklər - AÇIQLANDI, TAM MƏTN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274