BÜDCƏ

Vergi ödəyicilərinə güzəştlər başlayır – SƏRƏNCAM
04 AVQUST
605

Vergi ödəyicilərinə güzəştlər başlayır – SƏRƏNCAM

2016-08-04 19:13:00

Azərbaycanda vergi ödəyicilərinə ciddi güzəştlərin verilməsi nəzərdə tutulur. Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub.
Sərəncama əsasən bu ilin sonunadək vergi sahəsində bir sıra islahatlar aparılacaq.

Eləcə də bax: Vergidə dəyişikliklər başlayır - PREZİDENTDƏN SƏRƏNCAM

Bunlardan biri beynəlxalq təcrübədə geniş tətbiq olunan “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsidir. Bu dəyişiklikdə məqsəd vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaqdır.

Eləcə də bax: Vergidə aparılacaq dəyişikliklər - AÇIQLANDI, TAM MƏTN

Bundan başqa, vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274