BÜDCƏ

ƏDV-nin faiz dərəcəsi dəyişə bilər
26 İYUL
569

ƏDV-nin faiz dərəcəsi dəyişə bilər

2016-07-26 18:39:00
Azərbaycanın vergi sistemində inqilabi dəyişikliklər gözlənilir. Xüsusən də ƏDV-nin diferensiallaşdırılması ilə bağlı təkliflər hökümətə təqdim edilib. Bu dəyişikliklərin 2017-ci ildən qüvvəyə minəcəyi ehtimal edilir. Fins.az-ın məlumatına görə, bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, 710 min vergi ödəyicisinin 26 mini ƏDV ödəyicisidir, qalan 684 mini isə sadələşdirilmiş vergi ödəyiciləridir. Onların büdcə daxilolmalarında ümumi payı isə cəmi 2,8 faiz təşkil edir. Yəni, ƏDV üzrə toplanan vəsaitlər vergi daxilolmalarının 1/3-ni təşkil edir. Bu, təxminən 2,4 milyard manat deməkdir. ƏDV-nin diferensiallaşdırılması ilə bağlı təkliflərə gəlincə, ilkin olaraq nağdsız dövriyyədə onun 9% endirilməsi gözlənilir.           
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271