BÜDCƏ

Maliyyə Nazirliyi hərrac keçirdi
26 İYUL
242

Maliyyə Nazirliyi hərrac keçirdi

2016-07-26 17:52:00

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyi 15 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib. Bu barədə fins.az-a BFB-dən verilən məlumata görə, hərrac zamanı 7 investor 12 sifariş təqdim edib. Sifarişlər 88.1630 AZN (27.1492%) və 97.1150 AZN (6.007%) qiymət intervalında təqdim edilmişdir. 

Sifarişlərin nominal üzrə ümumi məbləği 25.240.600 AZN olub. İstiqrazların tədavül müddəti 182 gün, bağlanan əqdlərin minimal qiyməti 94.8851 manat AZN (10.9003%), orta ölçülmüş qiyməti 96.2368 AZN (7.9071%) olub.

Bağlanan əqdlər üzrə hesablaşmalar iyulun 27-də həyata keçiriləcək.İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  4 781 600  AZN təşkil edib.    

İstiqrazların ödəmə müddəti 2017-cı  il yanvarın 1-də bitəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275