BÜDCƏ

Vergi cinayətlərinin sayında kəskin azalma müşahidə olunub
26 İYUL
404

Vergi cinayətlərinin sayında kəskin azalma müşahidə olunub

2016-07-26 17:49:00
Azərbaycanda könüllü vergi ödəmənin səviyyəsi o qədər də ürəkaçan deyil. Hazırda ölkədə 710 mindən çox vergi ödəyicisi var və təhlillər göstərir ki, vergi inzibatçılığının vergilərin toplanmasında böyük əhəmiyyəti var. Çünki vergi yoxlamalarının 3 dəfə azalması fonunda vergi daxilolmalarının məbləğində də azalma qeydə alınıb. 
 
Fins.az xəbər verir ki, Vergilər nazirinin müavini Sahib Ələkbərov bildidirb ki, hazırdas büdcə daxilolmalarında neft-qaz sektorunun payı 33%-ə düşüb. Qeyri-neft sektorundan toplanan vergilərin həcmi isə 9,4% artıb. Lakin hökümət qeyri-neft sektorunda vergiyə cəlb olunma üçün potensialın böyük olduğu qənaətindədir.  
 
Həmçinin vergi cinayətlərinin sayında kəskin azalma müşahidə olunub. Qeyd edək ki, əgər əvvəllər vergi borcunun məbləği 2 mindən yüksək olurdusa bu zaman cinayət məsuliyyətinə cəlb edilirdilər. Hazırda isə bu rəqəqm 20 mindən yuxarı olduqda cinayət məsuliyyəti yaradır. təbii ki, bu amil məhkəmə çəkişməsinə təqdim edilən iddiaların sayında azalmaya səbəb olub. Hazırda vergi borcu ilə bağlı məhkəməyə cəmi 55 iş göndərilib.    
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274