BÜDCƏ

Nazir müavini: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq"
26 İYUL
741

Nazir müavini: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq"

2016-07-26 16:13:00

Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

Onun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb: "Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb".

Bununla yanaşı, bildirilib ki, bu ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.

Nazir müavini vergi sistemində yeni dəyişiklər olacağının da mesajını verib: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275