BÜDCƏ

"Fitch" Azərbaycanın yeni reytinqlərini təsdiq edib
23 İYUL
397

"Fitch" Azərbaycanın yeni reytinqlərini təsdiq edib

2016-07-23 12:30:00

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli valyutada uzunmüddətli (LTLC) reytinqini “BB+”, reytinq üzrə proqnozunu isə "neqativ" kimi təsdiqləyib.  Fins. az  xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutadakı qısamüddətli (STFC) reytinqini isə “B”, həmçinin yeni yerli valyutada qısamüddətli (STLC) reytinqi “B” səviyyəsində təsdiq edib.

Eləcə də bax: “​Fitch”: Azərbaycanda inflyasiya 10%-i keçəcək

“Fitch”in açıqlamasında deyilir ki, Agentlik Azərbaycanın suveren reytinqinə avqustun 26-da baxacaq: “Azərbaycanın kredit portfeli onun LTLC-dəki reytinqinin LTFC-dəki reytinqini üstələməsinə imkan vermir”.

Eləcə də bax: Fitch-dən "Yapı Kredi"yə pis xəbər

Agentlik hesab edir ki, Azərbaycanda iki əsas amil LTLC reytinqinin yüksəlməsinə mane olur. “Fitch” bura yerli maliyyə əsaslı biznesin xarici maliyyə əsaslı biznesə nəzərən daha güclü olması, habelə yerli valyutada iş aparan kreditorların xarici valyutada çalışan kreditorlara nisbətən daha böyük güzəştlər qazanması amillərini aid edir (Report).

Xatırladaq ki, "Fitch" agentliyi sonuncu dəfə  fevralda  Azərbaycanın reytinqini  endirmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272