BÜDCƏ

Maliyyə Nazirliyindən “kəsir” açıqlaması
21 İYUL
442

Maliyyə Nazirliyindən “kəsir” açıqlaması

2016-07-21 19:21:00

Xəbər verdiyimiz kimi, 18 İyul 2016-cı il tarixində Maliyyə Nazirliyi tərəfindən büdcənin icrasına dair operativ məlumat yayılıb. Məlumatda bildirilir ki, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6 milyard 133,8 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olmuş, 687,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

687,7 milyon manatlıq kəsir ilə bağlı ictimaiyyətdə suallar yaranmış, bu kəsir “hökumətin yığa və ya tapa bilmədiyi pul” kimi şərh olunur.

Fins.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Piriyev  “Marja”ya bildirib ki, yaranmış kəsir dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanıb:

“2016-cı ilin altı ayında 687,7 milyon manat məbləğində yaranmış kəsirin maliyyələşdirilməsi 2016-cı ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanılmışdır. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Maliyyə Nazirliyinə təqdim etdikləri sifarişlər tam və vaxtında maliyyələşdirilmişdir”,- M.Priyev bildirib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275