BÜDCƏ

İlin sonuna kimi vergidən yayınma hallarının kökü kəsiləcək - GÖRÜŞ
21 İYUL
206

İlin sonuna kimi vergidən yayınma hallarının kökü kəsiləcək - GÖRÜŞ

2016-07-21 18:55:00

İyulun 20-də Bakı Biznes Mərkəzində Vergilər naziri Fazil Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb.

Nazir bildirib ki, rəhbərlik etdiyi qurum vergi siyasətinin və inzibatçılığının təkmilləşdirilməsi, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün sahibkarların ictimai təşkilatları ilə müzakirələrə böyük önəm verir. F.Məmmədov deyib ki, nazirlik qanunvericiliyə dəyişikliklər zamanı ölkədəki yerli və xarici biznes təşkilatların rəylərini də nəzərə almağa, onların təkliflərinə diqqətlə yanaşmağa çalışır: "Azərbaycan Prezidentinin tapşırığı ilə keçirilən bu görüşün məqsədi də məhz budur".

Nazir ölkədə aparılan islahatlar, o cümlədən biznesin inkişafı üçün atılan addımları xatırladıb. Bildirib ki, ilin əvvəlindən bəri bu sahədə ciddi işlər görülüb - yoxlamaların sayı minimuma endirilib, investisiyaların stimullaşdırılması, vergi yükünün azaldılması, qeyri-neft sektorununa dəstəyin artırılması üçün tədbirlər həyata keçirilib: "Bunun nəticəsidir ki, neft gəlirləri və bu sahədən daxil olan vergilərin azalmasına baxmayaraq, Vergilər Nazirliyi proqnoz tapşırıqlarına artıqlamasilə əməl edib"-deyə nazir bildirib.

Bununla yanaşı, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında xüsusi vurğulayıb ki, vergi yığımlarını daha da artıqmaq olar - bu sahədə böyük imkanlar var. İndi  vergi orqanlarının ən mühüm vəzifəsi ilin sonuna kimi bu imkanları ortaya çıxarmaq və vergi dövriyyəsinə daxil etməkdir. 

Ona görə də hazırda Vergilər Nazirliyi Azərbaycanda vergitutma bazasının genişləndirilməsi, vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılır.

Nazir deyib ki, nazirlik vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsinə çalışır. Eyni zamanda nazirlik vergidən yayınmanın qaşısını almaqla büdcə daxilolmalarının artırılmasına səy göstərir. Nəhayət qurum, sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafını təşviq edir.  

Vergilər naziri deyib ki, vergi inzibatçılığı ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğunlaşdırılacaq, bunun üçün ötən ilin dekabr ayında vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb və zəruri addımlar atılıb. 

AmCham-ın prezidenti İlqar Vəliyev bildirib ki, yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham da ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlıdır. İ.Vəliyev qeyd edib ki, bununla bağlı müzakirələr artıq 5 ildir ki aparılır: "Bu günkü görüşün də məqsədi vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes arasında partnyorluğun müzakirə edilməsidir".

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274