BÜDCƏ

Sosialyönümlü xərclər artıb
18 İYUL
247

Sosialyönümlü xərclər artıb

2016-07-18 16:25:00

2016-cı ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. 

Maliyyə Nazirliyindən verilən xəbərə görə, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6133,8 mln. manat, xərcləri 6821,5 mln. manat olmuş, 687,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər

2016-cı altı ayında dövlət büdcəsinin mədaxili 7771,5 mln. manat proqnoza qarşı 6133,8 mln. manat və yaxud 21,1 faiz az icra olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,0 faiz icra edilməklə dövlət büdcəsinə 3190,1 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 77,8 faizi (ötən ilin eyni dövrünə nisbətən 10,6 faiz-bənd çox) və ya 2481,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 mln. manat və ya 10,8 faiz çoxdur.
2016-cı ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 118,2 faiz əməl edərək dövlət büdcəsinə 995,4 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 mln. manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1886,0 mln. manat (51,7 faiz) az və ya 1760,0 mln. manat istifadə edilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 56,9 mln. manat vəsait daxil olmuşdur.
2016-cı ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2455,3 mln. manat icra olunmuşdur.

Xərclər

2016-cı ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6821,5 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2958,5 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 mln. manat çoxdur.
Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 mln. manat vəsait yönəldilmişdir.
2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4198,1 mln. manat icra olunmuşdur.

İcmal büdcə

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9262,7 mln. manat, icmal büdcənin xərcləri isə 8226,1 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 1036,6 mln. manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275