BÜDCƏ

Xarici ticarətdə mənfi saldo 226 milyon dollara çatdı
18 İYUL
287

Xarici ticarətdə mənfi saldo 226 milyon dollara çatdı

2016-07-18 14:03:00

2016-cı ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 7 milyard 868 milyon 693,64 min dollar təşkil edib. Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrün ilə müqayisədə 28,05% azdır.
Bu müddətdə Azərbaycandan xaricə ümumi məbləği 3 821 461,66 min dollarlıq 2060 çeşiddə mal ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqşayisədə ixrac 38,67% azalıb.
Xaricdən isə ölkəyə ümumii məbləği 4 milyard 47 milyon 231,98 min dollar olan 6520 adda mal idxal edilib. Ötən ilin eyni dövrünə nisbətən idxal 13,98% azalıb.
İlk 6 ayın nəticəsi olaraq xarici tixcarət əməliyyatlarında mənfi saldo 225 milyon 770 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274