BÜDCƏ

Başqa sahələrdə də qiymətlər artacaq - PROQNOZ
15 İYUL
767

Başqa sahələrdə də qiymətlər artacaq - PROQNOZ

2016-07-15 11:46:00

“Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması gözlənilən deyildi. Gedən iqtisadi proseslər, Azərbaycanda manat qıtlığının yaranması göstərdi ki, müəyyən sahələrdə hansısa addımlar atıla bilər”. 

Fins.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, digər sahələrdə də qiymət artımını gözləmək olar:

“Elektrik enerjisi bütün məhsulların maya dəyərində oturub. Bunu sadalamaq o qədər də rahat deyil, yəni elə bir məhsul yoxdur ki, onun istehsalı, nəqliyyatında və s elektrik enerjisindən istifadə edilməsin.

Digər sahələrdə qiymətin artması gedən iqtisadi proseslərdən asılıdır. Əgər neftin qiymətində kəskin azalmalar baş verərsə, qeyri-neft sektorunun inkişafı yüksək sürətlə inkişaf etməzsə, idxal-ixrac əməliyyatlarında dəyişiklik baş verməzsə, digər sahələrdə qiymət artımını gözləmək olar”.

V.Əhmədov qeyd edib ki, hökumət bundan sonra daha çevik addımlar atmalıdır ki, dünyada baş verən iqtisadi proseslər Azərbaycana təsiri az olsun:

“Bu addımı atmaqda hökumətin əsas məqsədi insanların əmək haqqlarının verilməsində yaranan problemləri və manat qıtlığını aradan qaldırmaqdan ibarətdir. 

Hələ ki, biz qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi naliyyətlər əldə edə bilmirik. Ona görə də, neftin qiymətinin aşağı düşməsi milli valyutaların qiymətinin aşağı düşməsi müəyyən qədər problemlərin yaranmasına gətirib çıxardı.

Aparılan islahatlar 2017-ci ildə də davam etdirilməli və bu çevik xarakter almalıdır. Hökumət gecə-gündüz işləməlidir ki, dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri minimuma ensin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271