BÜDCƏ

Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsi yaradılıb
13 İYUL
436

Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsi yaradılıb

2016-07-13 16:23:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi internet səhifəsi üçün www.fimsa.az ünvanı seçilib. Bu barədə açıqlamasında Palatanın Direktor Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən ünvandakı sayt test rejimində fəaliyyət göstərir. Burada hələ ki, yalnız MBNP-nın yaydığı press-relizlər, yerləşdiyi ünvan, telefon nömrəsi yerləşdirilib. Səhifənin tam olaraq nə vaxt istifadəyə veriləcəyi məlum olmasa da, bu məsələnin yaxın aylarda reallaşacağı gözlənilir.

Xatırladaq ki, MBNP Prezident İlham Əliyev bu il, fevralın 3-də imzaladığı fərmanla yaradılıb. Qurum bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, sığorta və investisiya şirkətlərinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272