BÜDCƏ

ARDNF: Ucuz neft və AMB-nin dollar satışı valyuta ehtiyatlarını 24% azaldıb
29 İYUN
425

ARDNF: Ucuz neft və AMB-nin dollar satışı valyuta ehtiyatlarını 24% azaldıb

2016-06-29 15:23:00

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub. 

Fins.az APA-ya istinadən xəbər verir ki, il ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. "Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub", - deyə hesabatda bildirilir. 

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb. 

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272