BÜDCƏ

Neft Fondundan valyuta ehtiyatları - AÇIQLAMASI
25 İYUN
999

Neft Fondundan valyuta ehtiyatları - AÇIQLAMASI

2016-06-25 01:46:00

Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Bu ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Belə ki, bütün əsas səhm indeksləri 5%-dən artıq düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10% və 3% enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasında deyilir.

"ARDNF hal-hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10%-ə qədərini təşkil edir. Digər 90% isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalmış və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.

Nəhayət valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır. ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırkı investisiya portfelinin qorunmasına şərait yaradır", - deyə açıqlamada qeyd edilib.

Həmçinin bildirilir ki, ARDNF-nin investisiya siyasətinə əsasən fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş -  G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard and Poor`s, Fitch) və ya "A2" (Moody`s) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270