BÜDCƏ

Vergi borcu olanların ölkədən çıxışına məhkəmə qadağası - FƏRMAN
23 İYUN
451

Vergi borcu olanların ölkədən çıxışına məhkəmə qadağası - FƏRMAN

2016-06-23 18:58:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən Vergilər Nazirliyi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 11.13-1-ci və 11.23-1-ci bəndlər əlavə edilib:

“11.13-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

11.23-1. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271