BÜDCƏ

Vergilər Nazirliyinin rəhbərliyinin iştirakı ilə aylıq biznes-forumlar başlayır
23 İYUN
171

Vergilər Nazirliyinin rəhbərliyinin iştirakı ilə aylıq biznes-forumlar başlayır

2016-06-23 11:09:00

İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri biznes nümayəndələri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında daimi dialoqu təkmilləşdirmək xahişi ilə Caspian European Club-a (Caspian Business Club) müraciət ediblər", - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

O qeyd edib ki, bununla əlaqədar Caspian European Club (Caspian Business Club) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəhbərliyinin iştirakı ilə aylıq biznes-forumların təşkilinə başlayır. 

Telman Əliyevin sözlərinə görə, Vergilər Nazirliyi ilə birinci biznes-forum 2016-cı il iyunun 29-da Bakıda təşkil olunacaq və onun işində vergilər nazirinin müavini İlkin Vəliyev, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə  Musayeva və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi Zaur Fatizadə iştirak edəcək.

"Bizim məqsədimiz şirkətlərin Vergilər Nazirliyinin nümayəndələri ilə operativ əməkdaşlığın yeni səviyyəsini nizamlamaqdan ibarətdir", - deyə T.Əliyev qeyd edib.

Biznes-forumlar çərçivəsində şirkətlərin təklifləri dinləniləcək, biznesmenlərin qarşılaşdıqları problemlər müzakirə olunacaq və onların həlli yollarına baxılacaq. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin nümayəndələri həmçinin biznes-forumlarda iştirak edən şirkətlərin suallarını cavablandıracaqlar", - deyə T.Əliyev vurğulayıb. O, Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group-un bütün fəaliyyəti ərzində sıx əməkdaşlığa və biznesmenlərə göstərilən hərtərəfli dəstəyə görə nazir Fazil Məmmədovun simasında Vergilər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir müavinlərinə minnətdarlığını bildirib.

T.Əliyevin sözlərinə görə, biznes-forumlar başa çatdıqdan sonra Caspian European Club-un (Caspian Business Club) Ekspert Şurası Vergilər Nazirliyi ilə birlikdə vergi qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər planı hazırlayacaq. Həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyasına, Azərbaycan Nazirlər Kabinetinə və Azərbaycan Milli Məclisinə (parlament) göndəriləcək.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272