BÜDCƏ

Vergi borcu olan Türkiyə vətəndaşlarının adları açıqlanacaq
21 İYUN
205

Vergi borcu olan Türkiyə vətəndaşlarının adları açıqlanacaq

2016-06-21 16:38:00

Türkiyə hökuməti ötən ildən vergi və cərimə borcları olan ölkə vətəndaşlarının kimliyini ictimaiyyətə açıqlanması barədə qərar qəbul edib. Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq bu barədə rəsmi mətbuatda borclulara xəbərdarlıq edilıb.

Qərara əsasən, ötən ilin sonuna 250 min lirədən (131 min manatdan) çox borcu olan və həmin borcu bu ayın sonuna qədər ödəməyən vətəndaşların adı ictimailəşdiriləcək. İlk növbədə iyulun 15-dən avqustun 15-dək borclu vətəndaşlar barədə məlumatı yerli vergi idarələrindən əldə etmək mümkün olacaq. Sentyabrın 1-dən isə "qara siyahı" Türkiyə Gəlirlər İdarəsinin rəsmi internet səhifəsində açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272