BÜDCƏ

Azərbaycanda hökumətdən güzəşt istəyən - ŞİRKƏTLƏRİN SİYAHISI
20 İYUN
603

Azərbaycanda hökumətdən güzəşt istəyən - ŞİRKƏTLƏRİN SİYAHISI

2016-06-20 16:05:00

Azərbaycanda hökumətdən vergi və gömrük güzəşti istəyən iri şirkətlərin siyahısı açıqlanıb. İqtisadiyyat Nazirliyindən fins.az-ın sorğusına cavab olaraq bildirilib ki, indiyədək nazirliyə investisiya təşviqi sənədinin alınması ilə bağlı 15 şirkətdənq müraciət daxil olub. Qeyd edək ki, investisiya təşviqi sənədi anlayışı Vergi Məcəlləsinə bu ilin əvvəlində daxil edilib. Bu sənəd ölkədə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. İnvestisiya təşviqi sənədini alan şəxslər  məcəllədə nəzərdə tutulmuş güzəştləri əldə edə biləcəklər. 

Eləcə də bax: “İnvestisiya təşviqi sənədi"ni necə almaq olar? - QAYDALAR

Nazirlikdən verilən məlumata görə, investisiya təşviqi sənədi – yəni güzəşt üçün müraciət edən şirkətlərin əksəriyyəti  kənd təsərrüfatı və qida məhsullarının istehsalı sahəsində investisiya etməyə hazırlaşırlar. Ən geniş yayılan sahə istixanaların yaradılmasıdır. Bundan başqa, müraciətlər arasında tikinti materiallarının və plastmast məmulatların istehsalı, bağçılıq, eləcə də sürtkü yağlarının istehsalı da var. 

Eləcə də bax: Sahibkarlara güzəşt sənədi - YENİLİK

İnvestisiya təşviqi sənədinin alınması ilə bağlı müraciətlər (20 iyun 2016-cı il tarixə)

Sıra №

Müraciət edənin adı, soyadı, ata adı

Layihənin adı

1

Mətanət A şirkəti

Sönmüş əhəng istehsalının təşkili layihəsi

2

Muradlı-M MMC

Plastmas məmulatların istehsalı zavodunun yaradılması layihəsi

3

Şəmkir Aqropark MMC

İntensiv bağçılıq layihəsi

4

Enga Mart MMC 

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması  layihəsi

5

Mehdi firması MMC

Tütün məmulatlarının istehsalı müəssiəsinin yaradılması layihəsi

6

EKOGARDEN MMC

10 ha sahədə günəş bio-vegetariy prinsipi ilə fəaliyyət göstərən istixanaların qurulması layihəsi

7

Veliev MMC

PVC profili və lövhəsi istehsalı zavodunun yaradılması layihəsi

8

Big Store MMC

10 ha istixana təsərrüfatının yaradılması layihəsi

9

Səba ASC

Quş əti istehsalı, parçalama, təkrar emal, qablaşdırma layihəsi (İstehsalın artırılması və istehsal prosesinin avtomatlaşdırılması)

10

CTC Holding ASC

20 hektar müasir şüşə örtüklü istixana kompleksinin tikintisi, tərəvəz və bostan məhsullarının yetişdirilməsi layihəsi

11

Bakinski MMC

5,5 ha istixana kompleksinin tikintisi

12

Majic-Faun MMC

Quru bitki və meyvə, həmçinin ekstrakt istehsalının təşkil olunması layihəsi

13

AZƏRCAN MMC

Rezin və plastmas məmulatların (mətbəx və məişət mallarının) istehsalı və satışının təşkili layihəsi

14

Technoil MMC

Sürtgü yağları istehsalı layihəsi

15

Yalama Aqropark MMC

Yalama Aqropark investisiya layihəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272