BÜDCƏ

Vergidə nə dəyişməlidir? – TƏKLİFLƏRİN QƏBULU BAŞLANDI
20 İYUN
220

Vergidə nə dəyişməlidir? – TƏKLİFLƏRİN QƏBULU BAŞLANDI

2016-06-20 15:00:00

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün onlayn qaydada sorğu keçirir.

İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda Sizdən aşağıdakı suala dair təkliflərinizi 10 gün müddətində bildirmək xahiş olunur:

"Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?"

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edirik.

Təkliflərinizi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytındakı link vasitəsilə çatdırıla bilərsiniz.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274