BÜDCƏ

Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 5044 milyon dollar olub
20 İYUN
92

Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 5044 milyon dollar olub

2016-06-20 12:05:00

2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 5044 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ticarət dövriyyəsinin 2449,8 milyon dollarını və ya 48,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2594,2 milyon dollarını (51,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 144,4 milyon dollar məbləğində mənfi saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 20,4 faiz, o cümlədən ixrac 17,6 faiz, idxal isə 24 faiz azalıb. Ticarət dövriyyəsinin 40,9 faizi Avropa İttifaqı ölkələrinin, 13,6 faizi MDB üzvü ölkələrinin, 45,5 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunmuş məhsulların 28 faizi Avropa İttifaqı ölkələrinin, 20,2 faizi MDB üzvü ölkələrinin, 51,8 faizi isə digər ölkələrin payına düşüb. İxrac edilmiş məhsulların 54,6 faizi Avropa İttifaqı ölkələrinə, 6,7 faizi MDB üzvü ölkələrinə, 38,7 faizi isə digər ölkələrə göndərilib.

2016-cı ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 39,5 faiz azalaraq 334,7 milyon dollar təşkil edib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 74,9 faiz artıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272