BÜDCƏ

Palata Nazirliyə ayrılan pulları yoxladı
17 İYUN
383

Palata Nazirliyə ayrılan pulları yoxladı

2016-06-17 14:06:00

Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi və onlara nəzarət tədbirləri müzakirə edilib.

Palatadan fins.az-a verilən xəbərə görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara (seçmə üsulla) ayrılan vəsaitlərin istifadəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturuna daxil olan qurumlara ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası müzakirəyə çıxarılıb.

Eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası da araşdırılb.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275