BÜDCƏ

Vergini yeni qaydada ödəyəcəklər – PEŞƏLƏRİN SİYAHISI
17 İYUN
953

Vergini yeni qaydada ödəyəcəklər – PEŞƏLƏRİN SİYAHISI

2016-06-17 13:24:00

Azərbaycanda fərdi xidmətlər göstərən şəxslərin vergi ödəməsi qaydaları dəyişdiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyindən bildirilib. 

Nazirlikdən bidirilib ki, hazırda fərdi xidmətlər göstərməklə məşğul olan şəxslərin vergiləri ödəmə qaydalarının sadələşdirilməsi istiqamətində hüquqi akt layihələri hazırlanır.

Elektriklər və gözəllik salonlarından vergi necə tutulur?

Qeyd edək ki, hazırda Azərbaycanda fərdi xidmətlər sahəsində çalışanların sayı böyükdür. Bu sahədə çalışanların vergiləri necə ödəməsi də gündəmdədir. Nazirlikən də bildirilir ki, son vaxtlar fərdi qaydada foto, audio-video xidmətləri, repetitorluq və musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq, fərdi sürücülük, ev təsərrüfatında təmizlik işləri və bağban, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə, cildləmə, ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri, mebellərin, saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri xidmətləri göstərən şəxslərin vergiləri necə ödəmələri barədə Vergilər Nazirliyinə suallar ünvanlanır.

Vergi ödəyicisi kim qeydiyatdan keçmək lazımdır

Nazirlik bildirir ki, Fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir. Bu şəxslər fərdi sahibkarlıqla məşğul olduqlarına görə vergi orqanında qeydiyyata alınmaqla əldə etdikləri gəlirdən seçdikləri vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. 

Bunun üçün isə onlar hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Vergi ödəyicisi ərizə ilə müraciət etdikdə ona 2  iş günü müddətində (elektron formada uçota alınmaq üçün ərizə verildikdə dərhal) vergi orqanında qeydiyyata alınmasını təsdiq edən müvafiq şəhadətnamə verilir.

Sadələşdirilmiş vergi ödəyiciləri

Sadələşdirilmiş vergitutma metodunu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir.

Gəlir vergisi ödəyiciləri

Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar isə göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir.

Birdəfəlik vergi və patent sistemi gəlir

Son vaxtlar fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi istiqamətində təkliflər geniş müzakirə olunur. Bu təkliflər, əsasən, fərdi sahibkarlıqla məşğul olan şəxsləri (foto, audio-video xidmətləri, repetitorluq, musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq xidməti, fərdi sürücülük, fərdi mühafizə, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə və s.) və  bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərini əhatə edir.

Konkret məbləğ ödəyəcəklər

Müzakirələrdə belə fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada vergi uçotuna alındıqdan sonra müəyyən edilmiş aylıq sabit vergini qabaqcadan ödəməklə vergi orqanlarından müvafiq sənəd alması və bu fəaliyyətlə məşğul ola bilmələri, bu zaman əldə etdikləri gəlirlərə görə vergi orqanına bəyannamə təqdim etməmələri nəzərdə tutulur. 

Taksilərdə olduğu kimi 

Qeydedilməlidirki, sabitverginintətbiqipraktikası hazırdaqüvvədə olanVergiMəcəlləsində də mövcuddur. Mülkiyyətində və yaistifadəsində olanavtonəqliyyatvasitələriilə AzərbaycanRespublikasının ərazisində sərnişinvə yükdaşımalarını həyatakeçirən şəxslərə münasibətdə sabitvergisisteminəzərdə tutulur. 

Həmin şəxslər Vergi Məcəlləsinin 220-ci və 221-ci maddələri ilə müəyyən edilmiş sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün «Fərqlənmə nişanı» alırlar.  Sadələşdirilmiş vergi sabit məbləğlərlə sərnişindaşıma fəaliyyəti üzrə oturacaq yerlərinin sayına görə, taksi ilə sərnişin daşınmasında 1 ədəd nəqliyyat vasitəsinə görə, yükdaşıma fəaliyyəti üzrə isə yükgötürmə qabiliyyətinə görə müəyyənləşir. 

Dəyişikliklər hələ müzakirə edilir 

Belə bir fikir var ki, mövcud praktikanın tətbiqi sahəsi bir qədər genişləndirilə bilər. Lakin bu məsələlər hələlik layihə kimi müzakirə predmetidir və hazırda fərdi xidmətlər göstərən şəxslər sahibkarlıqla məşğul olan və gəlir əldə edən digər şəxslər kimi vergi ödəyiciləri hesab edilir və ümumi qaydada vergi öhdəliyi daşıyırlar. Vergilər Nazirliyi bildirir ki, lüzumsuz cərimələr və sanksiyalarla üzləşməmək üçün fərdi qaydada xidmətlər göstərən şəxslər vergi uçotuna durmalı və vergi öhdəliklərini yerinə yetirməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275