BÜDCƏ

Azərbaycan iqtisadiyyatı geriləyib - RƏQƏMLƏR
16 İYUN
225

Azərbaycan iqtisadiyyatı geriləyib - RƏQƏMLƏR

2016-06-16 11:12:00

2016-cı ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında geriləmə baş verib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ilk 5 ayda ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21 512,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz az ümumi daxili məhsul istehsal edilib. Komitə bildirir ki, azalmanın əsas səbəbi tikinti sektorundakı geriləmədir.

ÜDM-in 39,8 faizi sənayedə, 12,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272