BÜDCƏ

Vergi işçiləri sanksiyalardan 50% qazanacaqlar
14 İYUN
738

Vergi işçiləri sanksiyalardan 50% qazanacaqlar

2016-06-14 15:49:00

Bu gün Milli Məclisin növbədənkənar iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik Azərbaycanda maliyyə sanksiyalarından əldə olunan vəsaitdən vergi orqanları işçilərinə verilən vəsaitin məbləğinin 2 dəfə artırılması ilə bağlıdır. 

Dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir. 

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272