BÜDCƏ

Vergi orqanlarından şikayətlər azalıb - AÇIQLAMA
10 İYUN
196

Vergi orqanlarından şikayətlər azalıb - AÇIQLAMA

2016-06-10 12:39:00

2016-cı ilin may ayında vergi orqanlarına 8664 müraciət daxil olub. Bu barədə fins.az-a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib. Müraciətlərin 95,9%-i ərizə, 4,0%-i şikayət, 0,1%-i təklifdir.

Müraciətlərin 42,9%-i müxtəlif arayışların alınması, 32,4%-i kameral vergi yoxlamaları, 6,8%-i vergi borcları, 1,5%-i səyyar vergi yoxlamaları, 2%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 12,5%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 65,5%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin may ayı ilə müqayisədə 16,1% azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 533 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 20 may 2016-cı il tarixdə vergilər naziri tərəfindən Yardımlı rayonunda 29 vətəndaş qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271