BÜDCƏ

Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq
09 İYUN
618

Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

2016-06-09 13:41:00

Azərbaycanda vergi ilə bağlı maliyyə sanksiyalarından əldə olunan vəsaitlərin 50%-i vergi əməkdaşlarına çatacaq. Fins.az-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir.

Eləcə də bax: Vergilər Nazirliyində yeni idarələr yaradılıb

Eləcə də bax: Vergidən yayınanları kompüter tapacaq – YENİLİK

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275