BÜDCƏ

Vergi yoxlamaları 2 dəfə azalıb
08 İYUN
121

Vergi yoxlamaları 2 dəfə azalıb

2016-06-08 15:09:00

Ötən dövr ərzində aparılan səyyar vergi yoxlamalarının və vergi nəzarəti tədbirlərinin sayında azalma müşahidə olunur.

Fins.az Vergiler.az saytına istinadla xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev açıqlama verib.

2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb ki, bu rəqəm 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9 faiz azdır.

Qeyd olunub ki, 2015-ci ilin yanvar-may ayları ərzində 36 min 66 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38 min 190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbirində 4743 akt tərtib edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275