BÜDCƏ

Valyuta Fondu Azərbaycanla bağlı - BƏYANATINI AÇIQLADI
03 İYUN
1074

Valyuta Fondu Azərbaycanla bağlı - BƏYANATINI AÇIQLADI

2016-06-03 14:11:00

Xəbər verildiyi kimi, BVF-nin missiyasının Azərbayacana səfəri başa çatıb. Məhəmməd El Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətinin 19 may 1 iyun tarixlərində ölkəmizdə səfərdə olaraq iqtisadi vəziyyət, maliyyə bank sektoru, öleənin perspektiv inkişafı və bunun üçün atılan addımlarla bağlı müzakirələr aparıblar. Səfərin yekununa dair Cənab El Qorçi bəyənatla çıxış edib.

«Neqativ şoklar oldu»

Fins.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı bir sıra neqativ şoklara məruz oldu. Bunlar: əsasən neftin qiymətinin aşağı düşməsi və milli valyutanın zəifləməsidir. 

Eləcə də bax: Valyuta Fondunun Azərbaycanla bağlı – PROQNOZLARI

Nəticədə 2015-ci ildəki 1.1% iqtisadi artım, 2016-da neqativ proqnozla (-2.4%) əvəz olundu. 2017-ci ildən isə artıq müəyyən artım gözlənilir. 

Təbii qazın çıxarılmasının və eksportunun artması eyni zamanda qəbul olunmuş reformaların verəcəyi effekti nəzərə alaraq, artımın 2.5 və ya 2.75% olacağı gözlənilir.

İslahatlar olarsa, iqtisadi artım da olacaq

BVF missiyası hesab edir ki, güclü struktur reformalarının tam tətbiqi ölkə iqtisadiyyatına 4-dən 5% qədər artım imkanı verə bilər. Müəllif siyasət strukturunda müəyyən dəyişikliklər daxil xarici mühitin zəifliklərinə aid bir sıra detalları nəzərə alıb.

2 dəfə devalvasiyadan sonra Azərbaycanın Mərkəzi Bank milli valyutanı üzən məzənnə rejiminə keçirdi və beləliklə də 2016-cı ildə inflyasiya dərəcəsini artırdı. Bundan əlavə hökumət kiçik qeyri/əks dövriyyə fiskal stimullar həyata keçirir. Bu stimullar yaşına görə təqaüd alanlara və digər sosial qatlara aiddir. Eyni zamanda əlavə investisiya layihələri də dəstəklənir.

Mövcud vəziyyətin 2016-cı ildə düzəlməsi, stabilləşməsi gözlənilir. Bundan əlavə nazirliklərin siyasətinin koordinasiyası hökumət daxili yeni qurumların yaradılması ilə tənzimlənir. 

İlin sonunadək pensiya islahatı olacaq

Dövlət Sosial Fondunda defisiti azaltmaq üçün nəzərdə tutulmuş təqaüd (pensiya) reforması hal-hazırda hazırlanır və 2016-cı ilin sonuna qədər qəbul olunması nəzərdə tutulub.

Müəllif stabil makro iqtisadi mühitin vacibliyini bir daha vurğuladı. “Azərbaycan iqtisadi bufer olsa belə onun rahat səviyyəyə çatması üçün gələcək addımların, reformaların tətbiqi çox vacibdir. Hökumət orqanları, lüzumsuz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan əldə olunan vergi gəlirlərinin artırılmasına əsaslanan 2017-ci il maliyyə istiqamətinə qayıtmağa razıdırlar.

Maliyyə çərçivəsi tətbiq ediləcək

Digər siyasi prioritetlərə isə, yarımillik maliyyə konsolidasiyası planının formalaşdırılması və qabaqcadan elan olunması, qayda qanuna əsaslanmış maliyyə çərçivəsinin tətbiq edilməsi və daha dayanıqlı məzənnə üçün maliyyə və məzənə siyasətinin gücləndirilməsi daxildir. Güclü maliyyə siyasəti inflyasiyanı nəzarətdə saxlamağa və manata tələbi artırmağa kömək edəcək.” 

Bank sistemi yenidən qurulmalıdır

“Onlar həmçinin, başa düşürlər ki, Azərbaycan üzləşdiyi ən ağır problem, bank sektorundakı zəifliyi aradan qaldırmaqdır. Onlar razılaşırlar ki, bank sistemindəki güvəni bərpa etmək üçün, sistemin yenidən, dərindən qurulması, bank nəzarətinin gücləndirilməs, makro prudensial çərçivə və maliyə təhlükəsizliyinə nail olunması vacibdir.”

“Bu baxımdan, hökumət artıq, bank sektorunun sağlamlaşdırılması üçün addımlar atır. Belə ki, 8 bankın lisenziyası ləğv edilib, aktivlərin keyfiyyətinə baxış və stresə davamlılıq testi artıq yekunlaşmaq üzrədir. Həmçinin, yerdə qalan sağlam bankların yenidən strukturlaşdırılması məqsədi daşıyan plan, Maliyyə Nazirliyi və Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində yaradılmış yeni nəzarət orqanı tərəfindən hazırlanmaqdadır. Plan özünün ən yüksək inkşaf mərhələsindədir və tezliklə həyata keçirilməsi gözlənilir. Missiya bankların restrukturaziyası planının hazırlanmasını dəstəkləyir və zəif bankların kapitalını artırmağa və vaxtı keçmiş kreditlərlə bağlı problemlərin həll olunmasını sürətləndirməyə çağırır.” 

Hökumət neftin daha da ucuzlaşacağına hazırlaşır

“Karbohidrogen qiymətlərinin  son illərlə müqayisədə daha aşağı olması proqnozlaşdırılır. Azərbaycan hökuməti müvafiq olaraq, bunu yeni iqtisadi modelə keçid kimi qiymətləndirir. Burada özəl sektorun daha da inkşafı üçün, bura kapital qoyuluşlarının artırılması nəzərdə tutulur.

Tender və gömrük proseduru təkmilləşməlidir

Səylər əsasən, daha əlverişli biznes mühiti formalaşdırmaq və struktur islahatları aparmaqla iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib.

Bura yeni e-hökumət xidmət mərkəzləri açaraq ictimai tikinti tenderlərinin təkmilləşdirilməsi; gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi; elektron ödənişlərin artırılması, regional sənaye zonalarının yaradılması; kənd təsərrüfatı, turizm və ətraf mühit islahatların genişləndirilməsi və regional iqtisadi inteqrasiya təşviq daxildir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274