BÜDCƏ

Maliyyə Nazirliyində yeni təyinat
01 İYUN
575

Maliyyə Nazirliyində yeni təyinat

2016-06-01 11:35:00

Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə yeni müdir təyin edilib. Fins.az-ın "Report"-a istinadən məlumatına görə, bu vəzifə Fikrət Şirinova həvalə edilib. O, bundan əvvəl həmin şöbənin müdir müavini olub.

F.Şirinov həm də Maliyyə Nazirliyi Apellyasiya Şurasının üzvüdür.

Xatırladaq ki, vergi siyasəti və gəlirlər şöbəsinin sabiq müdiri Cəmil Əlizadə bu il aprelin 6-da vəfat edib.

Eləcə də bax: Maliyyə Nazirliyinin şöbə müdiri vəfat edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272