BÜDCƏ

Milli Məclis büdcənin icrası ilə bağlı sənədi qəbul etdi
31 MAY
320

Milli Məclis büdcənin icrası ilə bağlı sənədi qəbul etdi

2016-05-31 14:59:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakiərəyə çıxarılıb. Fins.az-ın məlumatına görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib. Bununla belə, vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib.

Onun sözlərinə görə, ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 milyard manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 milyard manat, 2015 də 8 milyard manat təşkil edib. Tezliklə fondun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək.

2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 milyon manat proqnoza qarşı 90% icra olunaraq 17 498 milyon manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 milyon manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 130 milyon manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 118,3 milyon manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1591,9 milyon manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 milyon manatı Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448 milyon manatı sair daxilolmalar hesabına formalaşıb).

2015-ci il dövlət büdcəsinin xərcləri 21 100 milyon manat proqnoza qarşı 17 784,5 milyon manat və ya 84,3% icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 763,1 milyon manatı və ya 54,9%-i cari xərclərə (2014-cü illə müqayisədə 134,5 milyon manat və ya 1,4% az), 7 316,9 milyon manatı və ya 41,1%-i əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 milyon manat və ya 13,2% az), 704,5 milyon manatı və ya ümumi xərclərin 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 milyon manat və ya 1,9 dəfə çox) yönəldilib.

2015-ci ilin dövlət büdcəsində 286,5 milyon manat məbləğində büdcə kəsiri (defisit) olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 milyon manat təşkil edib”.

Daha sonra Hesablama Palatasının rəyi dinlənilib. Ardınca sənəd səsə qoyularaq qəbul edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275